FIFA İsrail Futbol Assosiasiyasını cərimələdi
İdman
252
19 Mar 2026 | 23:57

FIFA İsrail Futbol Assosiasiyasını cərimələdi

FIFA-nın İntizam Komitəsi İsrail Futbol Assosiasiyasının (IFA) təşkilatın üzvü kimi öhdəliklərini dəfələrlə pozduğu qənaətinə gəlib.

Moderator.az bu barədə FIFA-nın saytına istinadən xəbər verir.

Qeyd olunub ki, IFA ayrı-seçkilik, təhqiramiz davranış və ədalətli oyun ("fair-play") prinsiplərinin pozulması maddələri üzrə sanksiyalara məruz qalıb. Bəyanatda bildirilir ki, İntizam Komitəsi Fələstin Futbol Assosiasiyası (PFA) tərəfindən irəli sürülən ayrı-seçkilik ittihamlarını araşdırıb.

IFA-ya xəbərdarlıq edilib və 150 min İsveçrə frankı (190 min dollar) məbləğində cərimələnib. Bu məbləğin üçdəbiri ayrı-seçkiliklə mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəldilməlidir.

Bundan əlavə, IFA növbəti üç ev oyununda stadionda öz loqosunun yanında "Futbol dünyanı birləşdirir - ayrı-seçkiliyə yox" sözləri yazılmış, aydın görünən banner yerləşdirməlidir.

Link kopyalandı!
Son xəbərlər