00:34
10°C
Bakı
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında müntəzəm mövsüm başa çatıb.
Moderator.az xəbər verir ki, son olaraq XVIII turun daha bir oyunu keçirilib.
"Abşeron" komandası səfərdə "Gəncə"ni məğlub edib.
Gəncə İdman Sarayında reallaşan qarşılaşma 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13) hesabı ilə yekunlaşıb.
Daha əvvəl "Azərreyl" "Gənclər"i 3:0, "DH Volley" "Milli Aviasiya Akademiyası"nı 3:2, "Turan" "Murov Az Terminal"ı 3:1 hesabı ilə məğlub edib.
Müntəzəm mövsümün nəticələrinə əsasən "Turan" (45 xal), "DH Volley" (40 xal), "Milli Aviasiya Akademiyası" (30 xal), "Gəncə" (27 xal), UNEC (23 xal), "Abşeron" (21 xal), "Azərreyl" (21 xal), "Murov Az Terminal" (9 xal) pley-off mərhələsində iştirak edəcək.