İdman
203
19 Mar 2026 | 23:07

"Neftçi" "İmişli" ilə oyun üçün hazırlığını tamamlayıb, heyətdə itki var

Misli Premyer Liqasının XXV turunda "İmişli" ilə üz-üzə gələcək "Neftçi" sözügedən matçın hazırlığı başa vurub.

Moderator.az xəbər verir ki, "ağ-qaralar"ın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, martın 20-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "İmişli" matçı saat 19:15-də başlanacaq.

Link kopyalandı!
Son xəbərlər