İdman
220
21:20, Bu gün

"Sabah" qələbə qazanaraq Premyer Liqada liderliyini möhkəmləndirib

Misli Premyer Liqasının XXV turunda lider "Sabah" növbəti qələbəsini qazanıb.

Moderator.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edən Bakı kollektivi 3:1 hesablı qələbə qazanıb.

Ev sahibi komandanın qollarını Kahim Parris (24), Coy-Lens Mikels (49) və Velko Simiç (70) vurublar. Qonaqların heyətində isə Nsana Simon (90+1) fərqlənib.

Xallarının sayını 62-yə çatdıran "Sabah" turnir cədvəlinin vahid lideridir. "Sumqayıt" isə 32 xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" isə "Karvan-Yevlax"ı (1:0) məğlub edib.

Link kopyalandı!
Son xəbərlər