İdman
143
14:48, Bu gün

"Qalatasaray" Çempionlar Liqasından nə qədər qazanıb?

Türkiyənin “Qalatasaray” klubunun bu mövsüm UEFA Çempionlar Liqasından qazandığı məbləğ bəlli olub.
 
Moderator.az xəbər verir ki, İstanbul təmsilçisi ümumilikdə 53,5 milyon avro gəlir əldə edib.
 
Komanda ötən gecə turnirin 1/8 final mərhələsində İngiltərə nəhəngi “Liverpul”a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Okan Burukun baş məşqçisi olduğu kollektiv 1/4 finala yüksələ bilmədiyi üçün əlavə 12,5 milyon avro mükafatı qazanmaq şansını əldən verib.
 
Link kopyalandı!
Son xəbərlər