01:38
9°C
Bakı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Barselona" (İspaniya) ilə "Nyukasl" (İngiltərə) qarşılaşıb. Oyun Barselonadakı "Spotify Camp Nou" stadionunda keçirilib. Matçın baş hakimi Fransua Leteksye olub.
Qarşılaşma katalonların 7:2 hesablı darmadağın qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Beləliklə, "Barselona" iki oyunun nəticəsinə görə 8:3 hesabı ilə qalib gələrək Çempionlar Liqasının 1/4 finalına yüksəlib.
Qeyd edək ki, pley-off mərhələsində "Nyukasl" iki oyunun nəticəsinə görə "Qarabağ"ı 9:3 hesabı ilə məğlub etmişdi. Liqanın ümumi mərhələsinin yekunlarına əsasən isə "Barselona" 16 xal toplayaraq beşinci yeri tutub.