Bizi sosial şəbəkələrdən izləyin:
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu bu gün keçiriləcək.
Moderator.az xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gələcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində iki matç baş tutacaq. "Azərreyl" "Gənclər"lə, "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.