Mərakeşli futbolçu və ailəsi Romada quldurların basqınına məruz qaldılar
İdman
189
17:55, Bu gün

Mərakeşli futbolçu və ailəsi Romada quldurların basqınına məruz qaldılar

"Roma"nın və Mərakeş millisinin yarımmüdafiəçisi Neyl Əl-Aynaui ailəsi ilə birlikdə İtaliyanın paytaxtının Kastel-Fuzano rayonundakı evlərində maskalı altı nəfərdən ibarət dəstənin silahlı soyğununun qurbanı olub.

Moderator.az xəbər verir ki, bu barədə ANSA agentliyi və "Messaggero" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə martın 17-nə keçən gecə baş verib. Quldurlar qonaq otağının pəncərəsindən evə daxil olublar. Daha sonra 24 yaşlı futbolçunu, anasını, sevgilisini, qardaşını və onun sevgilisini otağa salaraq qapını kilidləyib, evi axtarmağa başlayıblar.

Soyğunçular təxminən 10 min avro dəyərində zərgərlik məmulatları da daxil olmaqla müxtəlif qiymətli əşyalar oğurlayıblar. Evdəki şəxslərdən heç kim xəsarət almayıb, cinayətkarlara hadisə yerindən qaçmaq müyəssər olublar.

Qeyd edək ki, mərakeşli futbolçu 2025-ci ilin yayından "Roma"da çıxış edir. O, cari mövsümdə 26 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Link kopyalandı!
Son xəbərlər