ÇL-in finalına baxmaq üçün nə qədər pul lazımdır? - UEFA qiymətləri açıqladı
İdman
136
15:36, Bu gün

ÇL-in finalına baxmaq üçün nə qədər pul lazımdır? - UEFA qiymətləri açıqladı

UEFA 2026-cı ildə baş tutacaq qitəmiqyaslı klub turnirlərinin dörd finalının biletlərini geniş ictimaiyyət üçün satışa çıxarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
 
Məlumata görə, biletləri yalnız UEFA-nın saytından əldə etmək mümkündür.
 
Qeyd olunur ki, UEFA Çempionlar Liqasının (ÇL) həlledici görüşü üçün yerlərin 40%-dən çoxu finalçı klubların azarkeşləri üçün ayrılacaq. Mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək oyunun biletlərinin qiyməti 70, 180, 650 və 950 avrodur.
 
Türkiyənin İstanbul şəhərində keçiriləcək UEFA Avropa Liqasının (AL) final matçının biletlərin qiyməti isə 40 avrodan 240 avroya qədər dəyişir.
 
UEFA Konfrans Liqasının (KL) mayın 27-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək final qarşılaşmasının qiymətləri 25-190 avro məbləğindədir.
 
Qadınlar arasında keçiriləcək Çempionlar Liqasının finalı mayın 23-də Norveçin Oslo şəhərində baş tutacaq. Həmin matçın biletlərinin qiymətləri 20-70 avro arasında dəyişəcək. UEFA qadınların mübarizəsində həlledici matçın biletlərinin 60%-dən çoxunu 40 avro və ya daha ucuz qiymətə satışa çıxaracaq.
 
Link kopyalandı!
Son xəbərlər