Bizi sosial şəbəkələrdən izləyin:
Misli Premyer Liqasında XXV turun açılış matçı olan “Şamaxı" - "Araz-Naxçıvan" oyununun hakim təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasından Moderator.az-a bildirilib ki, görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.
VAR-da Fərid Hacıyev, AVAR-da Rəhman İmami olacaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 15:00-da start götürəcək.