Braziliya millisinin geniş heyətində Türkiyə klublarının futbolçuları da yer alıb
İdman
136
16 Mar 2026 | 23:01

Braziliya millisinin geniş heyətində Türkiyə klublarının futbolçuları da yer alıb

Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün açıqlanan geniş heyətində Türkiyə klublarında çıxış edən futbolçular da yer alıb.

Moderator.az xəbər verir ki, baş məşqçi Karlo Ancelottinin müəyyənləşdirdiyi siyahıda "Qalatasaray"ln yarımmüdafiəçisi Qabriel Sara və "Fənərbağça"nın qapıçısı Ederson da yer alıblar.

Bununla da Qabriel Sara Braziliya millisindən dəvət alan "Qalatasaray"ın ikinci futbolçusu kimi tarixə düşüb. 26 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə yığmasının düşərgəsinə çağırılıb və milli komandanın heyətində debüt etməyə hazırlaşır.

"Fənərbağça"nın qapıçısı Ederson isə artıq milli komandada kifayət qədər təcrübəyə malikdir. Təcrübəli qolkiper indiyədək millinin heyətində 31 oyun keçirib və qarşıdakı görüşlərdə də forma geyinmək üçün şans gözləyir.

Qeyd edək ki, milli komandadakı gələcəyi uzun müddətdir müzakirə olunan ulduz futbolçu Neymar bu dəfə açıqlanan heyətə daxil edilməyib.

Link kopyalandı!
Son xəbərlər