İngiltərə Premyer Liqasının (İPL) müstəqil komissiyası Londonun "Çelsi" klubunu Roman Abramoviçin sahibliyi dövründə törədilmiş maliyyə pozuntularına görə cərimələyib.
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İPL "Çelsi"yə doqquz ay müddətində akademiya üçün yeni oyunçularla müqavilə imzalamağı qadağan edib, həmçinin əsas komanda üçün ikiillik sınaq müddəti ilə birillik şərti transfer qadağası qoyub və 10.75 milyon funt sterlinq məbləğində cərimələyib.
"Araşdırma nəticəsində müəyyən edilib ki, 2011-2018-ci illər ərzində klubla əlaqəli üçüncü tərəflər vasitəsilə oyunçulara, qeydiyyatdan keçməmiş agentlərə və digər şəxslərə gizli ödənişlər edilib. Klubun pozuntular barədə özünün məlumat verməsi, onları etiraf etməsi və araşdırma boyu müstəsna əməkdaşlıq nümayiş etdirməsi mühüm yüngülləşdirici hallar hesab edilib", - deyə məlumatda vurğulanır.