İdman
259
18:40, Bu gün

"Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 19-da keçiriləcək "Liverpul" - "Qalatasaray" matçının hakim təyinatları açıqlanıb.

Moderator.az xəbər verir ki, oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qitənin ən nüfuzlu klub turnirindəki bu matçın baş hakimi polşalı referi Şimon Marçinyak təyin edilib. Meydanda ona Tomaş Listkieviç və Adam Kupşik yan xətt hakimləri qismində dəstək verəcəklər, ehtiyat hakim (dördüncü hakim) funksiyasını isə Pavel Raçkovski yerinə yetirəcək.

"Liverpul" - "Qalatasaray" qarşılaşmasının Video Köməkçi Hakim (VAR) otağında idarəetmə italiyalı mütəxəssis Marko Di Belloya tapşırılıb, onun köməkçisi (AVAR) isə Daniele Çiffi olacaq.

Qeyd edək ki, cütlük arasındakı ilk matç "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər