Mahir Emreli:
İdman
238
11:57, Bu gün

Mahir Emreli: "Beş dəqiqə də oynasam, əlimdən gələni edirəm"

"Uzun sürən zədə fasiləsindən sonra ilk qoluma imza atmaq mənə böyük xoşbəxtlik bəxş etdi".
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və Almaniyanın "Kayzerslautern" klubunun hücumçusu Mahir Emreli yerli mətbuata verdiyi müsahibəsində dilə gətirib.
 
28 yaşlı forvard arxada qalan son həftələrin onun üçün heç də asan keçmədiyini vurğulayıb:
 
"Bu gün həyatımın ən emosional anlarından birini yaşayıram. Çünki geridə qoyduğum aylar və həftələr mənim üçün kifayət qədər ağır oldu. Belə inanılmaz atmosferə malik bir matçda, özü də uzunmüddətli zədədən sonra ilk qolumu vurmaq məni hədsiz sevindirdi".
 
"Azarkeşlər mənə durmadan ismarışlar göndərərək həmişə dəstək olduqlarını və mənə güvəndiklərini nümayiş etdirdilər. Derbi matçının aurası digər qarşılaşmalarla müqayisəolunmazdır. Baş məşqçimizlə də aramızda gözəl münasibət var. Zədəli olduğun vaxt istər-istəməz kollektivdən müəyyən qədər təcrid olunursan. Ondan daha çox oyun vaxtı əldə etmək üçün hansı cəhətlərimi inkişaf etdirməli olduğumu soruşdum. O da məşq prosesindəki fədakarlığımdan məmnundur. Yaşıl meydanda cəmi beş dəqiqə qalsam belə, özümü doğrulda bilmək üçün bütün gücümü ortaya qoyuram", - deyə M.Emreli fikirlərini tamamlayıb.
 
Xatırladaq ki, Mahir Emreli Almaniya II Bundesliqasının XXVI turu çərçivəsində "Karlsrue"ni doğma meydanda 3:0 hesabı ilə darmadağın etdikləri görüşün 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunun müəllifi olub.
 
Link kopyalandı!
Son xəbərlər