Xuan Laporta yenidən
İdman
404
09:57, Bu gün

Xuan Laporta yenidən "Barselona"nın prezidenti seçildi

İspaniyalı vəkil, siyasətçi və iş adamı Xuan Laporta yenidən "Barselona" futbol klubunun prezidenti seçilməsi münasibətilə rəsmi açıqlama ilə çıxış edib.
 
Moderator.az xəbər verir ki, keçirilən səsvermədə rəqiblərini geridə qoyan Laporta səslərin böyük əksəriyyətini - 68.18 faizini əldə edərək inamlı qələbə qazanıb.
 
"Dünya futbolunda nadir rast gəlinən, öz prezidentini seçmək hüququnu qoruyub saxlayan bu kluba minnətdaram. Səsvermədə iştirak edənlərə xüsusi təşəkkürümü bildirirəm - bu, yüksək vətəndaş məsuliyyətinin və "Barselona" ruhunun əsl nümayişidir. Klub üzvləri qarşıdurmanı deyil, məhz birliyi seçdilər. Bu səsvermə "Kamp Nou" stadionunun təmiri və "Espai Barça" (klubun infrastruktur təmiri layihəsi - red.) layihəsinin yekunlaşdırılması da daxil olmaqla, üzərimizə götürdüyümüz öhdəliklərin təsdiqidir. Prosesdə iştirak edən hər kəsə təşəkkür edirəm. Əldə etdiyimiz bu nəticə bizə əlavə güc verir və artıq heç nə bizi irəliyə getməkdən saxlaya bilməz. Nə baş verməsindən asılı olmayaraq, "Barselona"nın maraqlarını qətiyyətlə müdafiə edəcəyik", - deyə Laporta qeyd edib.
 
Qeyd edək ki, bu qələbə ilə Laporta üçüncü dəfə klubun rəhbəri postuna yiyələnir. İspaniyalı mütəxəssis "Blauqrana"ya əvvəllər 2003-2010 və 2021-2026-cı illərdə rəhbərlik edib. Seçkilərin qalibi iyulun 1-dən etibarən rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq və 2031-ci ilə qədər Kataloniya təmsilçisinin rəhbəri olacaq. Onun əsas rəqibi olan Viktor Font isə səsvermədə yalnız 29.78% səs toplaya bilib.
 
Link kopyalandı!
Son xəbərlər