İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 30-cu turunda "Liverpul" və "Tottenhem Hotspur" komandaları arasında keçirilən oyun başa çatıb.
Moderator.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüş Liverpul şəhərində yerləşən "Enfild" stadionunda baş tutub. Matçın baş hakimi Kris Kavana olub.
Oyunda hesab 18-ci dəqiqədə açılıb. Dominik Soboslai fərqlənərək mersisaydlıları önə keçirib.
"Tottenhem" isə məğlubiyyətdən son anda xilas olub. Riçarlison 90-cı dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.
Bu nəticədən sonra "Liverpul" 49 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. 30 xalı olan "Tottenhem Hotspur" isə 16-cı yerdədir.
Növbəti turda "qırmızılar" martın 21-də səfərdə "Brayton"la qarşılaşacaq. "Tottenhem" isə martın 22-də öz meydanında "Nottingem Forest"i qəbul edəcək.