“Bunu edən 13-14 yaşlı uşaqlardır”
İdman
227
20:32, Bu gün

“Bunu edən 13-14 yaşlı uşaqlardır”

“Mən artıq müəyyən müddətdir burada işləyirəm. Bundan əvvəlki klublarda heç vaxt azarkeşlər yaxşı olmayan nəticələrə görə baş məşqçini istefaya çağırmayıblar. Belə şey düzgün deyil. Avropada buna rast gəlməzsiniz. Görmüşük ki, orada sona qədər komandaya dəstək olurlar. İstefa şüarları səsləndirənlər isə 13-14 yaşlı uşaqlardır.”
 
Moderator.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
 
Mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı belə şərh edib:
 
“Bərabər səviyyəli oyun getdi. Mənasız qollar buraxırıq. Belə səhvlərə yol vermək olmaz. Psixoloji baxımdan işləmək lazımdır və bunun üzərində çalışacağıq. Fiziki və taktiki cəhətdən problemimiz yoxdur.”
Link kopyalandı!
Son xəbərlər