“Neftçi” “Qəbələ”ni məğlub etdi
İdman
331
19:54, Bu gün

“Neftçi” “Qəbələ”ni məğlub etdi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə ilk qolu 19-cu dəqiqədə Seydina Keyta penaltidən vurub. 3 dəqiqə sonra isə Bassala Sambu hesabı bərabərləşdirib. Matçın 69-cu dəqiqəsində Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”ni yenidən önə keçirib. 77-ci dəqiqədə isə Murad Məmmədov komandasının qələbə qolunun müəllifi olub.
 
Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 34-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə hazırda 16 xalla 11-ci pillədə yer alır.
 
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşündə “Kəpəz” “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.
 
Link kopyalandı!
Son xəbərlər