“Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi
İdman
240
16:55, Bu gün

“Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi

Azərbaycan Premyer Liqasının XXIV turunda “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
 
FIFA referisi Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhman Hacıyev vurub. 6 dəqiqə sonra isə rəqibin heyətində Joarlem Santos hesabı bərabərləşdirib.
 
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 45 xalla turnir cədvəlinin 3-cü, Azər Bağırovun kollektivi isə 18 xalla 10-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, günün növbəti matçında “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 18:00-da start götürəcək.
 
Link kopyalandı!
Son xəbərlər