KİV:
İdman
202
16:17, Bu gün

KİV: "Tottenhem" rəhbərliyi İqor Tudora ultimatum verdi

"Tottenhem" futbol klubunun rəhbərliyi İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün keçiriləcək "Liverpul"la oyun ərəfəsində baş məşqçi İqor Tudora ultimatum verib.
 
Moderator.az xəbər verir ki, "The Touchline" bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
 
Məlumata görə, əgər xorvatiyalı mütəxəssis qələbə qazana bilməsə və komanda zəif oyun nümayiş etdirsə, mersisaydlılarla oyun onun London klubunun sükanı arxasındakı son matçı ola bilər.
 
London təmsilçisinin rəhbərliyi zədələrin və digər amillərin nəticələrə təsir etdiyini başa düşsə də, İ.Tudorun klub barədə ictimai şərhlərinin vəziyyəti daha da pisləşdirdiyini hesab edir.
 
Xatırladaq ki, İ.Tudor fevralın 14-dən "Tottenhem"in baş məşqçisi vəzifəsini tutur. Onun klubla müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Link kopyalandı!
Son xəbərlər