Millinin baş məşqçisi futbolçulara yazdığı mesajlara görə qovuldu
İdman
170
12:00, Bu gün

Millinin baş məşqçisi futbolçulara yazdığı mesajlara görə qovuldu

Lüksemburq qadın millisinin baş məşqçisi Daniel Santos komandadakı futbolçulara göndərdiyi nalayiq mesajlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Belə davranış etik dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə ziddir. Bu ittihamlar barədə məlumat əldə edən kimi dərhal tədbir gördük ki, prosesdə iştirak edən futbolçuları qoruyaq və idman mühitinin bütövlüyünü təmin edək. Toplanan ifadələr və oyunçuların məşqçiyə inamını açıq şəkildə itirməsi əməkdaşlığın davam etməsini mümkünsüz etdi”, – deyə federasiyanın açıqlamasında bildirilib.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2020-ci ilin avqustunda Lüksemburq qadın millisinin baş məşqçisi təyin olunmuşdu.

 

(teleqraf)

Link kopyalandı!
Son xəbərlər