İdman
191
11:56, Bu gün

"Formula-1" Yaxın Şərqdəki vəziyyətlə əlaqədar iki Qran-prini ləğv etdi

"Formula-1" rəhbərliyi Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini ləğv etmək barədə qərar qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Yarışlar aprelin 10-12-si və 17-19-da keçirilməli idi. "Formula-1"dən qeyd ediblər ki, mərhələlərin keçirilməsi üçün alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə əvəzetmədən imtina edilib.

Yaponiya Qran-prisindən (27-29 mart) sonra çempionat təqvimində dördhəftəlik fasilə yaranacaq. Növbəti mərhələ mayın 1-3-də Mayamidə planlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər