İngiltərə Premyer Liqası:
İdman
147
00:04, Bu gün

İngiltərə Premyer Liqası: "Arsenal"dan qələbə

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən oyunda "Everton" səfərdə "Arsenal"a 0:2 hesabı ilə məğlub olub.

Moderator.az xəbər verir ki, oyunun ilk hissəsində qol vurulmayıb. "Topçular" topa daha çox nəzarət edib və qonaq komandanın qapısı qarşısında təhlükəli epizodlar yaradıblar. Bununla belə, "İrislər"in əks-hücumları da kifayət qədər təhlükəli alınıb.

İkinci hissə isə tamamilə meydan sahiblərinin hücumları ilə keçib. "Arsenal" əsas vaxtın sonlarında rəqibi təzyiq altında saxlayaraq hesabı açmağa nail olub. Qolu Viktor Dyökeres vurub. Artıq əlavə olunmuş vaxtda isə 16 yaşlı Maks Dauman yekun nəticəni müəyyənləşdirib.

"Arsenal" Premyer Liqada 70 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti oyunda "topçular" martın 17-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə öz meydanında rəqibini qəbul edəcəklər.

"Everton" isə 43 xalla İngiltərə çempionatının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "İrislər" növbəti turda martın 21-də Premyer Liqa çərçivəsində öz meydanında "Çelsi" ilə qarşılaşacaqlar.

Link kopyalandı!
Son xəbərlər