İdman
208
18:30, Bu gün

"Arsenal"ın avrokuboklardakı ilk qol vuran müdafiəçisi vəfat etdi

İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Billi Makkallou dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, əslən Şimali İrlandiyadan olan müdafiəçi 90 yaşında dünyasını dəyişib.

Makkallou karyerasının 1958-1966-cı illərini London təmsilçisinə həsr edərək pərəstişkarlarının yaddaşında dərin iz buraxıb. Bu illər ərzində o, "Arsenal"ın heyətində ümumilikdə 268 rəsmi matçda yaşıl meydançaya çıxıb.

Billi Makkallou 1963-cü ildə "Arsenal"ın avrokuboklarda debüt edən tarixi heyətində yer alaraq adını klubun salnaməsinə yazdırıb. Bununla yanaşı, o, London klubunun tarixində Avropa turnirlərində rəqib qapısına yol tapan ilk müdafiəçi kimi yaddaşlara həkk olunub.

1966-cı ildə "Arsenal"la yollarını ayıran idmançı daha sonra karyerasını "Milluoll", "Bedford Taun", "Kork Seltik" və "Derri Siti" kimi klublarda davam etdirib.

Arsenalın avrokuboklardakı ilk qol vuran müdafiəçisi vəfat etdi

Link kopyalandı!
Son xəbərlər