20:02
9°C
Bakı
Mərakeş futbol tarixində yeni bir səhifə açmağa hazırlaşır.
Moderator.az xəbər verir ki, ölkədə inşa edilən nəhəng arena tamamlandıqdan sonra dünyanın ən böyük stadionu olacaq.
Məlumata görə, stadion Kasablanka şəhərində tikilir və 115 min tamaşaçı tutumuna malik olacaq. Bu göstərici ilə arena dünyanın ən böyük stadionu statusunu qazanacaq.
Stadionun tikintisinə təxminən 500 milyon dollar vəsait ayrılıb. Arenanın 2030-cu il dünya çempionatının final oyununa ev sahibliyi etməsi də gözlənilir.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeş tərəfindən birgə təşkil olunacaq. Turnirin oyunlarının bir hissəsinin Madrid, Lisbon və Kasablanka kimi şəhərlərdə keçirilməsi planlaşdırılır.