İdman
148
16:00, Bu gün

"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios məşqdə zədələnib

İspaniyanın "Atletiko" klubunun futbolçusu Pablo Barrios zədələnib.

Moderator.az AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, ötən ay, İspaniya Kubokunda "Betis"lə matçda da zədə almışdı.

Qeyd edək ki, Pablo Barrios cari mövsüm Madrid təmsilçisinin heyətində 21 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" martın 14-də La Liqada "Xetafe" ilə üz-üzə gələcək.

Link kopyalandı!
Son xəbərlər