Bizi sosial şəbəkələrdən izləyin:
"Netflix" platforması Braziliya futbolunun əfsanəvi siması Ronaldinyonun karyerasından bəhs edən yeni sənədli serialını təqdim edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti məlumat yayıb.
"Ronaldinho: The One and Only" adını daşıyan bu ekran işi üç seriyadan ibarət mini-serial formatında tamaşaçıların ixtiyarına veriləcək. Futbolsevərlərin maraqla gözlədiyi layihənin premyerası isə aprel ayının 16-na təyin olunub.
Məlumat üçün bildirək ki, ulduz futbolçuya həsr olunan bu mini-serialın rejissoru Luis Aradır. O, bundan əvvəl məşhur qapıçı Rene Hiquita və Braziliya yığmasının 2002-ci il Dünya Çempionatındakı tarixi zəfərindən bəhs edən filmlərin də müəllifi olub.