DÇ-2026-dan imtina İrana baha başa gələcək
İdman
180
11:28, Bu gün

DÇ-2026-dan imtina İrana baha başa gələcək

İran milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakdan birtərəfli qaydada boyun qaçırarsa, FIFA tərəfindən çox sərt sanksiyalara məruz qalacaq.
 
Moderator.az "RMC Sport"a istinadən xəbər verir ki, bu addım atılacağı təqdirdə, İranın milli komandaları gələcəkdə FIFA-nın bayrağı altında təşkil olunan bütün beynəlxalq turnirlərdən kənarlaşdırılma təhlükəsi ilə üz-üzə qalacaq.
 
Bununla yanaşı, ölkənin futbol federasiyasını böyük miqdarda maliyyə cəzası da gözləyir. Belə ki, komandanın turnirdən çəkilmə tarixindən asılı olaraq, qurum minimum 275 000, maksimum isə 555 000 avro məbləğində cərimə ödəyə bilər. Həmçinin, FIFA-nın İntizam Komitəsinin İran komandasına qarşı xalların silinməsi də daxil olmaqla ağır idman sanksiyaları tətbiq etmək hüququ var.
 
Qeyd edək ki, İran yığması DÇ-2026-nın final mərhələsində Belçika, Misir və Yeni Zelandiyanın da yer aldığı G qrupunda mübarizə aparacaq. Komandanın hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər