02:03
7°C
Bakı
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri İtaliyanın iki təmsilçisi - "Bolonya" və "Roma" komandaları arasında baş tutub.
Matç qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Ev sahiblərindən Federiko Bernarderski, qonaqlaran isə Lorentso Pelleqrini fərqlənib.
Turnirin qalibi olmağa iddialı olan "Lill" (Fransa) və "Aston Villa" (İngiltərə) komandalarının görüşünün taleyini bir qol müəyyənləşdirib - 0:1. Olli Uotkins qonaqlara minimal hesablı qələbə qazandırıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Panatinaikos" (Yunanıstan) - "Real Betis" (İspaniya) - 1:0;
"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:2.