02:03
7°C
Bakı
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin oyunlarına start verilib.
Moderator.az xəbər verir ki, "Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya) qarşılaşması maraq kəsb edən görüşlərdən biri olub.
Matç ispanların inamlı qələbəsi ilə başa çatıb - 1:3.
Maraqla gözlənilən digər oyun "Şaxtyor Donetsk"in (Ukrayna) iştirakı ilə baş tutub. Arda Turanın yetirmələr səfərdə "Lex" (Polşa) klubu üzərində 1:3 hesablı qələbə qazanıblar.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"AZ Alkmaar" (Niderland) - "Sparta" (Çexiya) - 2:1;
"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa) - 1:2.