David Vilyaya vəzifə verildi
İdman
270
12 Mar 2026 | 21:40

David Vilyaya vəzifə verildi

"Atletiko Madrid"in heyətində İspaniya çempionu olmuş David Vilya Madrid klubunun Direktorlar Şurasına daxil olub.

Moderator.az bu barədə Madrid təmsilçisinin saytına istinadən xəbər verir.

Bildirilir ki, "Atletiko Madrid"in 11 nəfərdən ibarət əsas rəhbər orqanının yeni tərkibi formalaşdırılıb. Enrike Sereso klubun prezidenti, Migel Anxel Xil isə baş direktor vəzifəsini qoruyub saxlayıb.

"Kluba qayıtdığım üçün çox şadam. Komanda son bir neçə ildə əhəmiyyətli dərəcədə böyüyüb və ümid edirəm ki, növbəti uğurlarımıza öz töhfəmi verəcəyəm. Məni bu vəzifəyə layiq gördükləri üçün çox minnətdaram", - deyə Vilya bildirib.

Xatırladaq ki, ispaniyalı futbolçu 2013/14 mövsümündə "Atletiko Madrid"də çıxış edib.

Link kopyalandı!
Son xəbərlər