20:20
7°C
Bakı
İspaniyanın "Real" klubunun futbolçuları Kilian Mbappe, Alvaro Karreras və Ferlan Mendi UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" (İngiltərə) ilə keçiriləcək cavab oyununu buraxa bilərlər.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, hər üç futbolçu İspaniya La liqasının XXVIII turunda "Elçe"yə qarşı keçiriləcək matçda da meydana çıxmayacaq.
Qeyd edək ki, "Real" – "Elçe" oyunu martın 14-də Madriddə keçiriləcək.