İdman
142
18:00, Bu gün

"Bavariya"nın ulduz futbolçusu 25 yaşında futbolla vidalaşır?

"Bavariya"nın ulduz müdafiəçisi Alfonso Devis yaşıl meydanlarla erkən vidalaşmaq təhlükəsi ilə üz-üzədir.

Moderator.az "TopSkills Sports UK" nəşrinə istinadən xəbər verir ki, kanadalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atalanta" ilə matçda (6:1) aldığı ağır zədədən sonra peşəkar futbol karyerasını bitirmək variantı üzərində ciddi şəkildə düşünür.

Məlumata əsasən, oyunçunun budun arxa əzələsində yırtıq aşkarlanıb. Hazırda "Bavariya" rəhbərliyi gənc futbolçunu bu radikal qərardan daşındırmaq üçün bütün səylərini səfərbər edib.

Bütün cəhdlərə rəğmən futbolçu butslarını mismardan asmaq qərarında qəti olarsa, Münhen təmsilçisi onun kluba olan yüksək sədaqətini dəyərləndirərək, Devisə komandada xüsusi vəzifə etimad göstərməyə hazırdır.

Xatırladaq ki, 25 yaşlı Alfonso Devis cari mövsüm ərzində "Bavariya"nın forması ilə bütün turnirlərdə ümumilikdə 13 qarşılaşmada meydana çıxaraq iki məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı müdafiəçinin Münhen klubu ilə mövcud müqaviləsinin müddəti 2030-cu il iyunun 30-da başa çatır.

Bavariyanın ulduz futbolçusu 25 yaşında futbolla vidalaşır?

Link kopyalandı!
Son xəbərlər