Azərbaycanın 17 yaşadək qadın yığması Belçikaya böyük hesabla məğlub oldu
İdman
237
17:46, Bu gün

Azərbaycanın 17 yaşadək qadın yığması Belçikaya böyük hesabla məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Moderator.az xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən "Matiya Qubets" stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.

Link kopyalandı!
Son xəbərlər