Azərbaycanın sərbəst güləş komandası Avropa çempionatında ikinci oldu
İdman
152
08:15, Bu gün

Azərbaycanın sərbəst güləş komandası Avropa çempionatında ikinci oldu

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında sərbəst güləş yarışlarına yekun vurulub.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın sərbəst güləş komandası çempionatda ikinci yeri tutub.
 
Qeyd edək ki, sərbəst güləşçilər yarışı səkkiz medalla başa vurublar. Ali Tsokayev (92 kq) Avropa çempionu olub, Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.
 
Rusiya millisi birinci, Ermənistan isə üçüncü olub.
 
Link kopyalandı!
Son xəbərlər