Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti dörd qarşılaşması keçirilib.
Moderator.az xəbər verir ki, turnirin ötənilki qalibi PSJ evdə "Çelsi"ni qəbul edib.
Görüş Fransa təmsilçisinin London klubu üzərində inamlı qələbəsi ilə yekunlaşıb - 5:2.
Erkən final sayıla biləcək "Real Madrid" - "Mançester Siti" matçında üç qol vurulub. Federiko Valverdenin het-triki "kral klubu"nun "Mançester Siti" üzərində qələbəsini təmin edib - 3:0.
Turnirin sürpriz komandası "Budyo Qlimt" daha bir gözlənilməz nəticəyə imza atb. Norveç təmsilçisinin budəfəki qurbanı "Sportinq" olub. Ev sahibləri rəqib qapısından üç cavabsız top keçiriblər - 3:0.
Daha əvvəl keçirilmiş "Bayer Leverkuzen" - "Arsenal" matçında 1:1 hesablı nəticə qeydə alınıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21:45. "Bayer" – "Arsenal" 1:1
00:00. "Bodo-Qlimt" – "Sportinq" 3:0
00:00. PSJ – "Çelsi" 5:2
00:00. "Real Madrid" – "Mançester Siti" 3:0