UEFA Çempionlar Liqası:
İdman
205
11 Mar 2026 | 23:50

UEFA Çempionlar Liqası: "Arsenal" cari mövsümdə ilk dəfə qalib gələ bilmədi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunlarına start verilib.

Moderator.az xəbər verir ki, günün ilk matçında "Bayer Leverkuzen" "Arsenal"la qarşılaşıb.

Görüş qollu heç-heçə ilə başa çatıb - 1:1. Ev sahiblərindən Robert Andrixin qoluna "topçular"ın heyətində Kay Haverts penaltini dəqiq yetirməklə cavab verib.

Tərəfər arasında cavab oyun martın 17-də keçiriləcək.

Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının cari mövsümündə ilk dəfə meydanı qələbə qazanmadan tərk edir. Buna qədər komanda keçirdiyi bütün görüşlərdə rəqiblərini məğlub etmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər