"Əslində "Atalanta"nın bəxti gətirdi ki, cəmi altı qol buraxdı".
Moderator.az xəbər verir ki, bunu italiyalı keçmiş məşqçisi Fabio Kapello "Sky Sport"un efirində UEFA Çempionlar Liqasının 1/8 finalında "Bavariya"nın "Atalanta" üzərində qazandığı qələbə (6:1) barədə fikirlərini bölüşərkən bildirib.
"Mən pressinq edən və qaçan bir komanda gördüm, bütün futbolçular oyunu görmə qabiliyyəti və topa sahib olma baxımından təsirli keyfiyyətlər nümayiş etdirirdilər. "Bavariya" hər dəfə topu geri qazananda irəli atılır və boş sahələrə çıxırdı.
Belə texnika ilə onlar "Atalanta" üçün aydın şəkildə problemlər yaradırdılar. Əslində "Atalanta"nın bəxti gətirdi ki, cəmi altı qol buraxdı, daha çox ola bilərdi. Bu, İtaliya futbolu üçün bir dərsdir. "Atalanta"nın Almaniya çempionatının liderinə qarşı heç bir şansı olmadı" , - deyə Kapello vurğulayıb.