Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman
253
11 Mar 2026 | 22:50

Ali Tsokayev Serbiyada Avropa çempionu olub

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

Moderator.az xəbər verir ki, 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər