İdman
248
19:05, Bu gün

"Barselona" "İnter"in ulduzuna görə 100 milyonundan keçəcək? - FOTO

İtaliyanın "İnter" klubunun mərkəz müdafiəçisi Alessandro Bastoninin transferi uğrunda gedən rəqabətdə "Barselona" liderlik edir.

Moderator.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deko və baş məşqçisi Hans-Diter Flik italyan ulduzu komandanın gücləndirilməsi üçün bir nömrəli hədəf kimi görürlər.

Məlumata əsasən, "Barselona" rəhbərliyi vəziyyəti dərindən təhlil edərək, Milan klubunun öz oyunçusu üçün 80 milyon avro tələb etməsinə rəğmən, bu keçidin gerçəkləşə biləcəyinə inanır. Qeyd olunur ki, gərgin keçəcək danışıqlar fonunda sözügedən məbləğ hətta 100 milyon avroya qədər yüksələ bilər.

Xatırladaq ki, istedadlı müdafiəçi cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə 35 dəfə yaşıl meydanda görünüb, rəqib qapılarına iki dəfə yol tapıb və altı dəfə məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "İnter"lə qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır.

Barselona İnterin ulduzuna görə 100 milyonundan keçəcək?

Link kopyalandı!
Son xəbərlər