İdman
257
18:45, Bu gün

"Sabah"ın kapitanına Qazaxıstandan təklif gəlib

"Sabah" klubunun təcrübəli qapıçısı Stas Pokatilov yenidən vətəni Qazaxıstana dönmək fürsəti ilə üz-üzə qalıb.

Moderator.az-ın sports.kz nəşrinə istinadən yaydığı məlumata görə, "Aktöbe" komandası qış fasiləsi dönəmində 33 yaşlı qolkiperi öz heyətinə qatmaq üçün ciddi səy göstərib.

Bu faktı "Aktöbe"nin idman direktoru Marat Xayrullin də rəsmən təsdiqləyib. Buna baxmayaraq, klub rəsmisi təcrübəli qapıçı ilə aparılan danışıqların uğursuzluqla yekunlaşdığını gizlətməyib:

"Bizim siyahımızda fərqli namizədlər yer alırdı. Mən şəxsən Stas Pokatilovla əlaqə saxlayıb danışdım. Lakin onun hazırkı klubu ilə qüvvədə olan müqaviləsi var və eyni zamanda, komandasının kapitanıdır. Qapıçı mövqeyi üçün digər variantlarımız da mövcud idi, ancaq yekunda Aleksandr Zarutski ilə ortaq məxrəcə gəldik və başqa ehtimalları bağladıq".

Xatırladaq ki, Stas Pokatilov karyerası ərzində - daha əvvəl 2015-ci və 2022-2023-cü illərdə də məhz "Aktöbe"nin şərəfini qoruyub. Təcrübəli əlcək sahibi 2025-ci il yanvarın 21-də Qazaxıstanın "Tobol" klubundan ayrılaraq "Sabah"a transfer olunub.

Link kopyalandı!
Son xəbərlər