AFFA-dan Kurban Berdiyevlə bağlı qərar
İdman
256
18:20, Bu gün

AFFA-dan Kurban Berdiyevlə bağlı qərar

"Turan Tovuz" klubunun apellyasiya şikayəti qismən təmin edilib.

Moderator.az xəbər verir ki, bu barədə AFFA Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.

Aparılan hərtərəfli araşdırmaların nəticəsi olaraq, baş məşqçi Kurban Berdiyevin meydandakı hərəkətlərinə AFFA İntizam Məcəlləsinin 53.1-ci maddəsi çərçivəsində hüquqi qiymət verilib. Qərara əsasən, mütəxəssis üç oyunluq diskvalifikasiya edilib, "Turan Tovuz" klubu isə 6000 manat məbləğində cərimələnib.

Xatırladaq ki, sözügedən hadisə ötən il fevralın 5-də, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan "Turan Tovuz" - "Kəpəz" qarşılaşmasında qeydə alınmışdı. Oyunun 64-cü dəqiqəsində Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış, ardınca isə referilərə qarşı təhqiramiz ifadələr işlətmişdi.

Buna görə AFFA İntizam Komitəsi məşqçiyə 4 oyunluq diskvalifikasiya, "Turan Tovuz"a isə 10000 manat cərimə vermişdi.

Lakin Apellyasiya Arbitraj Tribunalının müdaxiləsi ilə əvvəlki sərt qərar ləğv edilərək cəza yüngülləşdirilib. Klubun apellyasiya şikayətinin qalan hissəsi isə təmin olunmamış saxlanılıb.

Prosesin yekununda hər iki tərəfə mövcud qərarla bağlı Lozannada yerləşən beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət hüquqlarının olduğu izah edilib.

Link kopyalandı!
Son xəbərlər