Bu gün futbol üzrə Türkiyə Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" bu raundda "Alanyaspor"la qarşılaşacaq.
"Fənərbağça" "Konyaspor"la, "Qalatasaray" "Gənclərbirliyi" ilə münasibətlərə "aydınlıq gətirəcək". "Trabzonspor" isə "Samsunspor"un müqavimətini qırmağa çalışacaq.
"Qalatasaray" - "Gənclərbirliyi" cütünün qalibi növbəti raundda "Samsunspor" - "Trabzonspor" duelinin güclüsü ilə qarşılaşacaq. "Beşiktaş" - "Alanyaspor" görüşündə üstün olan tərəf isə "Konyaspor" - "Fənərbağça" qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Türkiyə Kuboku
1/4 final cütləri
Beşiktaş - Alanyaspor
Konyaspor - Fənərbağça
Qalatasaray - Gənclərbirliyi
Samsunspor - Trabzonspor
Yarımfinal cütləri
Qalatasaray/Gənclərbirliyi - Samsunspor/Trabzonspor
Beşiktaş/Alanyaspor - Konyaspor/Fənərbağça
Xatırladaq ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.