Azarkeşlər
İdman
309
15:24, Bu gün

Azarkeşlər "Neftçi"ni 23 min manat ziyana saldılar

AFFA İntizam Komitəsi paytaxtın "Neftçi" klubuna qarşı 23 000 manat məbləğində ağır cərimə tətbiq edib.
 
Moderator.az xəbər verir ki, bu qərar qurumun keçirdiyi sonuncu iclasda qəbul olunub.
 
Misli Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan "Neftçi" - "Turan Tovuz" qarşılaşması Bakı təmsilçisi üçün ciddi maliyyə itkisi ilə nəticələnib. Belə ki, azarkeşlərin tribunada təhqiredici pankart açması kluba 15000 manata başa gəlib. Bununla yanaşı, matç ərzində ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu xoşagəlməz halın cari mövsümdə artıq 5-ci dəfə qeydə alınması səbəbindən klub əlavə olaraq 8000 manat cəriməyə məruz qalıb.
 
Eyni zamanda həmin tur çərçivəsində "Şamaxı" - "İmişli" görüşündə qonaq komandanın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması "İmişli"ni 700 manat ziyana salıb.
 
Analoji vəziyyətlə "Kəpəz" komandası da üzləşib. Gəncə təmsilçisinin "Zirə"yə qarşı keçirdiyi matçda 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manatlıq cərimə bahasına oturub.
 
Link kopyalandı!
Son xəbərlər