Bizi sosial şəbəkələrdən izləyin:
AFFA qalmaqallı matçdan sonra "Sabah" və "Qarabağ" klublarına qarşı sərt sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, müvafiq qərar AFFA-nın İntizam Komitəsinin son iclasında qəbul olunub.
Məlumata görə, Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Qarabağ"la gərgin qarşılaşmada rəqibin ehtiyat skamyasına qarşı qeyri-etik jest nümayiş etdirən "Sabah"ın məşqçisi Valerio Zuddas yeddi oyunluq diskvalifikasiya edilib. Bu hərəkətinə görə "Sabah" klubu 15 000 manat məbləğində cərimə ödəməli olacaq.
Eyni zamanda, həmin qarşılaşma zamanı yaranmış kütləvi davada iştirak etdikləri üçün "Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə də cəzasız qalmayıblar. Hər iki mütəxəssis altı oyunluq cəzaya məruz qalıb və Ağdam klubu onların hər birinə görə 6 min manat olmaqla, ümumilikdə 12 min manat cərimə ödəyəcək.