Tramp və FIFA prezidenti arasında dialoq: İran milli komandası DÇ-2026-da iştirak edəcək?
İdman
258
14:38, Bu gün

Tramp və FIFA prezidenti arasında dialoq: İran milli komandası DÇ-2026-da iştirak edəcək?

"ABŞ Prezidenti Donald Trampla görüşümüzdə İrandakı cari vəziyyət və İran milli komandasının 2026-cı il dünya çempionatındakı iştirakı əsas müzakirə mövzularından oldu".
 
Moderator.az xəbər verir ki, bu barədə beynəlxalq futbol ictimaiyyətinə açıqlama verən FIFA prezidenti Canni İnfantino ABŞ lideri Donald Trampla baş tutan görüşünün detallarını bölüşərkən bildirib.
 
"Dialoqumuz əsnasında cənab Tramp İran yığmasının ABŞ-nin ev sahibliyi edəcəyi turnirdə çıxış etmək hüququnun olduğunu xüsusi diqqətə çatdırdı. Hazırkı dövrdə bəşəriyyətin insanları bir araya toplayan dünya çempionatı kimi miqyaslı tədbirlərə hər zamankından daha çox ehtiyacı var. Göstərdiyi yüksək dəstəyə görə ABŞ prezidentinə dərin minnətdarlığımı bildirirəm - bu addım futbolun dünyanı həqiqətən birləşdirdiyini bir daha sübuta yetirir", - deyə FIFA rəhbəri əlavə edib.
 
Xatırladaq ki, futbol üzrə 2026-cı il Dünya Çempionatı 11 iyun və 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər