İdman
142
12:10, Bu gün

"Sabah" "Qarabağ"ın rekordunu yenilədi

Azərbaycan Premyer Liqasında iki rekord təkrarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
 
"Sabah" Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.
 
Bu, həm də ən böyük fərqli qələbənin təkrarı olub. 2022-ci il dekabrın 23-də "Sumqayıt"ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutmuşdu. 2022/2023 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn "Sabah" eyni uğuru evdə təkrarlayıb.
 
"Sabah" Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsini də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.
Link kopyalandı!
Son xəbərlər