İdman
299
11:14, Bu gün

"Sabah"ın futbolçusu Premyer Liqada 50-ci qolunu vurub

“Sabah”ın futbolçusu Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub.
 
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XXIII turun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.
 
Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.
 
Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.
 
O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
 
Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.
 
Link kopyalandı!
Son xəbərlər