Azərbaycanın qadın basketbol millisi Bolqarıstanla səfər oyununa çıxır
İdman
271
09:36, Bu gün

Azərbaycanın qadın basketbol millisi Bolqarıstanla səfər oyununa çıxır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
 
Moderatora.z xəbər verir ki, yığma səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.
 
Görüş Plovdiv şəhərindəki "Kolodrum Arena"da, saat 21:00-da start götürəcək.
 
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Yığma E qrupunda 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.
 
Link kopyalandı!
Son xəbərlər