Bizi sosial şəbəkələrdən izləyin:
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatı davam edir.
Moderator.az xəbər verir ki, turnirin üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Milli üzvlərindən Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) döşək üzərinə çıxacaqlar.
Sərbəst güləşçilərdən isə Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyanla, Ali Tsokayev (92 kq) türkiyəli Fatih Altunbaşla, Yusif Dursunov (125 kq) isə rusiyalı Habib Davudqadjiyevlə üz-üzə gələcəklər.
Ağanəzər Novruzovla (74 kq) Vasif Xudiyev (86 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq) Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.